Sözün lüğət forması

bu, elə sözün əsas forması deməkdir.
Sözün əsas mənası
Sözün morfonoloji quruluşu
OBASTAN VİKİ
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Məktəb forması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Suyun forması
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. == Məzmun == Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Sözün həqiqi mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
10-K forması
10-K forması (ing. Form 10-K) - Bütün səhmdar cəmiyyətlər tərəfindən büdcə ili başa çatdıqdan sonra Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin illik fəaliyyəti haqqında hərtərəfli yekun hesabatdır. Adətən, 10-K forması illik hesabatdan daha çox, şirkət haqqında təfsilatlı məlumatları əks etdirən sənəd xarakterinə malikdir. Bu formada şirkətin tarixi, təşkilati strukturu, aktivləri, holdinqləri, səhmə görə qazancı, filialları və s. kimi məlumatlar əks olunur. 10-K forması büdcə ili başa çatdıqdan sonra 60 gün (əvvəl 90 gün olmuşdur) müddətində təqdim edilməlidir.
Bekus-Naur forması
Bekus-Naur forması (BNF; ing. Backus-Naur form) – formal dillərin sintaksisini təsvir etmək üçün metadil; Con U.Bekus (John W.Backus) və Piter Naur (Peter Naur) tərəfindən ALGOL dilinin təsvirində təklif olunub. Aşağıdakı dilin <ədəd> elementinin tərifi verilib: <ədəd> ::= <işarəsiz ədəd> | <işarə> <işarəsiz ədəd> <işarəsiz ədəd> :: = <rəqəm> | <rəqəm> <işarəsiz ədəd> <rəqəm> :: = 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 <işarə> ::= + | – Bu misalda <rəqəm> və <işarə> terminal adlandırılan aktual simvollar terminləri ilə təyin edilir; “|” simvolu alternativ variantı göstərir, yəni <işarə> ya “+”, ya da “–” qiyməti ala bilər; “::=” simvolu “kimi təyin olunur” anlamını verir. Künc mötərizələrinə alınmış adlara (məsələn, <işarə>) metadəyişənlər (METAVARIABLES) deyilir. Metadəyişən terminal simvollar və başqa metadəyişənlər, o cümlədən zərurət olduqda özü vasitəsilə təyin edilir (<işarəsiz ədəd>də olduğu kimi). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dell (yer forması)
Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir. Eyni zamanda otlu, parka bənzər, adətən qismən meşəlik bir vadi kimi təsvir olunur. "Dell" sözü qədim ingiliscə dell sözündəndir və köhnə ingiliscə dæl, müasir "dərə" sözü ilə əlaqəlidir. Ədəbiyyatda boşluqlar çox vaxt xoş sığınacaq kimi təsvir edilir. Termin bəzən dingle ilə sinonim olaraq istifadə olunur, baxmayaraq ki, o, xüsusilə dərin yarğanlara və ya ağaclarla əhatə olunmuş çuxurlara aiddir. Bu terminlər həmçinin Dingle Dell, Kent və Dingle Dell Reserve, Oklandda tavtoloji yer adlarının nümunələrini yaratmaq üçün birləşdirilib.
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. == Kar buzlağı == Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. == Kar gölü == Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. == Kar pilləsi == Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Qravitasion relyef forması
Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibəti ilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir. == Sürüşmə == Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir. Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s.
Relyefin skulptur forması
== Relyefin skulptur forması == Relyefin skulptur forması (lat.sculptura-heykəl)-denudasiya amillərinin fəaliyyəti nəticəsində aşınma materiallarının kənara aparılıb, onun yerində meydana gələn yer səthinin relyef formasına deyilir. Relyef əmələgətirici denudasiya amilinə uyğun olaraq:eroziya, buzlaq, eol, abraziya və b.relyefin skulptur formasını ayırırlar.
Relyefin struktur forması
== Relyefin struktur forması == Relyefin struktur forması (lat.structura-quruluş)-məhəllin geoloji quruluşunun xüsusiyyətlərini özündə əks etdirən relyef formasına deyilir. Relyefin struktur forması başlıca olaraq endogen proseslər nəticəsində əmələ gəlir.
Terras (relyef forması)
Terras (fr. terrasse)- yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür. == Süni terras == Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədi ilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Yunan xaçı forması
Yunan xaçı forması ― daha çox Pravoslav və Bizans kilsələrində görülən bir memarlıq planı formasıdır. Qapalı yunan xaç planı və açıq yunan xaç planı olaraq ikiyə bölünür. Yunan xaçı adlanan xaç, hər bir qolu bərabər uzunluqda olan bir xaçdır.Açıq Yunan xaçı planına sahib olan Müqəddəs Babylas Martyrium (MS 379) kimi tikililərdə, dörd tərəfdən də orta boşluğa eyni uzunluqdakı qollar əlavə olunur. Qapalı Yunan xaçı planında isə binanın açıq küncləri hücrələrlə örtülmüşdür. Bu vəziyyət kilsə meydanını düzəltdiyindən və qolları bərabər uzunluqda olan xaç planı aydınlaşmadığı üçün bu plan növü qapalı yunan xaçı planı adlandırılır. İstanbuldakı Havariyun Kilsəsi və Fəthiyyə Məscidinin (Teodoks Pammakaristos Monastırı) cənub tərəfindəki şapel bu tip plan nümunələri kimi göstərilə bilər.
Suyun forması (film, 2017)
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. == Məzmun == Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.
аперити́в до невероя́тности имиджмент потушева́ть похолода́ние пропла́вка раскрыва́ние янсени́зм в де́ле ка́ссия перебра́ть косточки подси́ниваться протоко́льно appendix baked-apple berry baubee entry green-house meconium relator self-rising small grains stabilization Tennessee незаслуженно